ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi hümanitar yardımdan imtina edib. Doğru qərardır. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu bitib. O, bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Qarabağ ermənilərinə kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb. Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adıyla Qarabağ mövzusunu yenə qaşımağa çalışır. O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adıyla onları Ermənistanda parlament seçkisi öncəsi Paşinayana qarşı fəallaşdırmağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı var. Kreml “humanitar yadım” məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya söyləyir ki, yardıma ehtiyac yoxdur, Kreml isə bunun əksini iddia edərək, “Sənin vətəndaşlarına yardım göndərmək istəyirəm” israrından əl çəkmir. Buna baxmayaraq, Paşinyanın qərarı qətidir, Rusiyadan “humanitar yardımların” qarşısı alınıb”, - politoloq vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.