Füzuli rayonunda mina partlayıb, ölən var.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.