AZ

Mina partlayışı baş verdi - Həlak olan var

Füzuli rayonunda mina partlayıb, ölən var.

Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə çoban ölüb, atı isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
65
12
moderator.az

10Mənbələr