EN

İranla bağlı yeni böhran siqnalı

“The Financial Times” nəşrinin məlumatına görə, ABŞ və İsrailin İranla davam edən müharibəsi qlobal ərzaq bazarında ciddi böhran yarada bilər.

Azərbaycan bu böhrana hazırdırmı?

Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Elçin Rəşidov Globalinfo.az-a danışıb. O deyib ki, İranla müharibənin qlobal ərzaq böhranına səbəb olma ehtimalı var və bu risk kifayət qədər yüksək qiymətləndirilir:

“Bunun əsas səbəblərindən biri logistika zəncirlərinin pozulmasıdır. Neftin, eləcə də regional ərzaq və digər malların daşınması ilə bağlı logistikanın dağılması bir çox ölkələr kimi Azərbaycana da təsir göstərə bilər. Ölkəmiz bu logistika sisteminin bir hissəsidir. Neft qiymətlərinin artmasından müəyyən dərəcədə fayda əldə etsə də, logistika zəncirindəki problemlər ölkə iqtisadiyyatına mənfi təsir edir. Məsələn, Çindən Azərbaycana gələn malların bir hissəsi İran üzərindən daşınırdı. Hazırkı şəraitdə isə bu yüklər daha uzun və baha marşrutlarla daşınmalı olacaq ki, bu da məhsulların maya dəyərinin artmasına səbəb olacaq. Digər tərəfdən, neft qiymətlərinin yüksəlməsi qlobal miqyasda gübrə qiymətlərinin artmasına gətirib çıxarır. Bu isə kənd təsərrüfatı məhsullarının və nəticə etibarilə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur. Ən həssas bölgələrdən biri Körfəz ölkələridir. Bu ölkələr neft ixracatçısı olsalar da, mövcud vəziyyətdə neft qiymətlərinin artımından tam faydalana bilməyə bilərlər. Çünki onların neft ixracının böyük hissəsi məhz Körfəz üzərindən həyata keçirilir. Eyni zamanda bu ölkələr, xüsusilə ərzaq məhsulları üzrə idxaldan ciddi dərəcədə asılıdır. İran istisna olmaqla, bir çox ərəb ölkələri ərzağın böyük hissəsini xaricdən idxal edir”.

İqtisadçı bildirib ki, bənzər vəziyyət Afrikanın bir sıra ölkələrində də müşahidə olunur:

Chosen
2
8
publika.az

9Sources