EN

Trampdan sensasion açıqlama: “İranın döyüşəcək heç nəyi...

ABŞ prezidenti Donald Tramp İranla bağlı səsləndirdiyi yeni fikirlərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Tramp İranın mümkün kapitulyasiyası barədə danışarkən bildirib ki, bu, yalnız Tehran özü belə qərar verərsə və ya ölkənin döyüşmək imkanları tam tükənərsə baş verə bilər.

Onun sözlərinə görə, qeyd-şərtsiz kapitulyasiya o halda mümkün ola bilər ki, iranlılar bunu rəsmi şəkildə elan etsinlər. ABŞ prezidenti əlavə edib ki, digər ssenari isə İranın artıq müharibəni davam etdirmək üçün insan və resurslarının qalmaması ilə bağlıdır.

“Qeyd-şərtsiz kapitulyasiya o zaman ola bilər ki, iranlılar bunu elan etsinlər. Amma bu həm də o zaman baş verə bilər ki, onların artıq döyüşmək üçün nə insanı, nə də başqa resursu qalsın”, – deyə Tramp bildirib.

ABŞ prezidenti eyni zamanda İranla müharibənin enerji bazarına təsiri ilə bağlı suallara da cavab verib. O, benzin qiymətlərinin artmasının onu narahat etmədiyini bildirib.

“Əgər qiymətlər qalxarsa – qalxsın. Bu məni narahat etmir. Hər şey bitəndən sonra qiymətlər tez düşəcək”, – deyə Tramp vurğulayıb.

Məlumata görə, İran ətrafında gərginliyin artması artıq enerji bazarına təsir göstərməyə başlayıb. Beynəlxalq media hesab edir ki, münaqişə başlayandan sonra dünya bazarında neftin qiyməti təxminən 16 faiz artıb, ABŞ-da isə benzinin qiyməti hər gallon üzrə təxminən 27 sent bahalaşıb.

 

Musavat.com

Chosen
46
50
musavat.com

10Sources