AZ

Tramp: "İranın dini liderinə qarşı deyiləm, amma..."

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinə yönəlmiş növbəti sərt açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Tramp CNN telekanalına müsahibəsində İranın ali dini liderinə qarşı şəxsi etirazının olmadığını, lakin Tehranın ABŞ və İsrailə münasibətdə davranışını dəyişməli olduğunu bildirib.

ABŞ prezidenti qeyd edib ki, İran rəhbərliyi beynəlxalq münasibətlərdə daha konstruktiv mövqe nümayiş etdirməlidir:

“Mənim İrandakı dini liderə qarşı heç bir etirazım yoxdur, amma o, ABŞ və İsrailə qarşı düzgün davranmalıdır”.

Tramp müsahibə zamanı regiondakı hərbi vəziyyətə də toxunaraq ABŞ-nin İranın hərbi-dəniz imkanlarına ciddi zərbə vurduğunu iddia edib. Onun sözlərinə görə, bu addım Tehran üçün strateji məhdudiyyətlər yaradıb.

“Biz artıq Hörmüz boğazı məsələsini həll etmişik. Onların hərbi-dəniz qüvvələrini sıradan çıxardıq. Hərbi-dəniz qüvvələrini sıradan çıxardığınız zaman onlar istədiklərini edə bilmirlər”, – deyə ABŞ prezidenti vurğulayıb.

Musavat.com

Seçilən
26
50
musavat.com

10Mənbələr