Bəhreyn Hava Hücumundan Müdafiə Qüvvələri bölgədə müharibə başlayandan bəri İran ərazisindən buraxılmış 78 raket və 143 pilotsuz uçuş aparatını məhv edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Bəhreyn Silahlı Qüvvələri Komandanlığının bəyanatında deyilir.
Komandanlıq Bəhreyn sakinlərinə ehtiyatlı olmağı, “evdə qalmaq və yalnız zəruri hallarda küçəyə çıxmağı” tövsiyə edib.
"Cebheinfo.az"