AZ

Səudiyyə Ərəbistanı İrandan atılan iki ballistik raketi, İordaniya PUA ları məhv etdi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında iki İran ballistik raketini ələ keçirib və məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, “Prins Sultan adına hərbi baza istiqamətinə yönəlmiş iki ballistik raket məhv edilib”. Raketlərin dəqiq harada ələ keçirildiyi açıqlanmayıb.

Eyni zamanda, "Əl Cəzirə" telekanalının məlumatına görə, İrandan atılan dörd döyüş pilotsuz uçuş aparatı (PUA) İordaniya üzərində məhv edilib. PUA-lar Irbid şəhəri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurulub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
icma.az

1Mənbələr