EN

Azərbaycan neftinin qiymətində rekrod artım 87 dolları ötüb

ain.az, Modern.az portalına istinadən məlumat verir.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,61 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,61 ABŞ dolları və ya 6,82 % artaraq 87,90 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
123
44
modern.az

10Sources