AZ

Azərbaycan nefti 13 dollar UCUZLAŞDI

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dollar azalıb.

Turkustan.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dolları və ya 12,32 % azalaraq 90,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. /modern.az/

Seçilən
34
49
turkustan.az

10Mənbələr