Bakı. Trend:
Martın 5-də Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan PrezidentininMətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsiləAzərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb,Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hərzaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdiriləndəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumatverərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeydedib.
Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasındadostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişafperspektivləri müzakirə olunub.
Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonrada daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.