AZ

Özbəkistan Prezidenti İlham Əliyevə zəng edib

Martın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.

Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

"Cebheinfo.az"

Seçilən
13
31
cebheinfo.az

10Mənbələr