Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, “Olimpik Star”da təşkil edilmiş turun ilk matçında lider “Neftçi” orta pillələrdə yer almış “Şuşa”nı qəbul edib.
Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb.
“Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Turun son oyunu kifayət qədər maraqlı alınıb. Gənclər yığması iddialı rəqibinin qapısından fasiləyə qədər 4 cavabsız top keçirib. İkinci hissədə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” ardıcıl qollar vurmağı bacarıb.
Yüksək Liqa
13-cü tur
5 mart
Neftçi İK – Şuşa 14:0
Qollar: Allef Mayolli, 0:34. Nihad İsmayılov, 2:43; 20:58. Markus Vinisius, 7:18; 36:36. Leonildo Rodriqes, 15:47; 17:29; 31:28. Hüseyn Əbdülov, 16:03-öz qapısına. Fərid Atakişiyev, 16:49. Qüdrət Qasımzadə, 20:28-öz qapısına. Lukas Ramos, 21:28. Əhməd İsmayılov, 34:50. Emil Həsənzadə, 38:54.
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 12:30.
Araz-Naxçıvan – Lənkəran matçı baş tutmayıb
Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:30.
Baku Fire – U-19 8:6
Qollar: Oqtay Rüstəmli, 22:47; 25:00; 30:23; 35:06. Eldar Zeynalov, 23:30; 25:50. Kənan Manafov, 32:13. Oqtay Mahmudzadə, 39:42-öz qapısına – Emil Bayramov, 2:32. Fərid Kərimli, 14:48. İsmayıl Əhmədov, 17:17; 24:35. Oqtay Mahmudzadə, 19:26. Turan Azayev, 27:58.
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 34. Araz-Naxçıvan – 31. Baku Fire – 26. Şuşa – 15. U-19 – 6. Lənkəran – 0.
Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”) – 21 qol. Allef Mayolli (“Neftçi” İK) – 19 qol.
