EN

"Şəfa" 30 oyundur uduzmur

1-ci Liqanın 17-ci turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda "Şahdağ Qusar"ı 2:0 hesabı ilə məğlub edən lider "Şəfa" mübarizə apardığı çempionatlarda məğlubiyyət acısı dadmır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 30 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 17-sı isÉ™ 1-ci Liqaya tÉ™sadüf edib. 

Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 39 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. İkinci pillədə 33 xalla "Baku Sportinq" qərarlaşıb.

ToÄŸrul

Chosen
100
5
fanat.az

7Sources