Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda təşkil olunacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
7 mart
17:30. Macarıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
Hakimlər: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (hamısı Portuqaliya)
Felksut, “Panço Arena”