EN

Deputatdan İrana sərt TƏLƏB - "Nə qədər gec deyil..."

"İranın müəyyən dairələri tərəfindən Naxçıvan ərazisində mülki infrastruktura qarşı edilən dron zərbəsinin beynəlxalq hüquqda adı güc tətbiqidir".

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin üzvü Rizvan Nəbiyev İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə danışarkən bildirib.

Vaşinqtonda

Deputat diqqətə çatdırıb ki, güc tətbiqi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2.4 maddəsinin birbaşa pozulması deməkdir: “BMT Nizamnaməsinin 2.4 maddəsində təsbit olunur ki, dövlətlər başqa dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq edə bilməzlər, güc tətbiqi ilə hədələmək də beynəlxalq hüquqda qadağandır. Bu baxımdan baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilə kimi qiymətləndirilə bilər. Odur ki, bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Məsələ ilə bağlı İran tərəfindən dərhal üzrxahlıq edilməli və məsul şəxslərin məsuliyyəti ilə bağlı açıqlama verilməlidir çünki hazırkı şəraitdə atılan addımlar birmənalı şəkildə beynəlxalq hüququn pozulması və Azərbaycanın suverenliyinə qarşı müdaxilə cəhdidir”.

Hadisəni siyasi cəhətdən şərh edən deputatın sözlərinə görə, İrandakı müəyyən dairələrin bu addımı nankorluq kimi də qiymətləndirilə bilər: “Azərbaycan dövləti hər zaman ikitərəfli xoş qonşuluq münasibətlərinə sadiq olub və bu münasibətlərin inkişafı üçün bütün mümkün resurslarından istifadə edib. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi İran əleyhinə istifadə olunmayacaq və bu, həm hava məkanı, həm də quru ərazisi üçün keçərlidir. Bakı bu mövqeyinə hər zaman sadiq qalıb. Bu, ötən il 12 günlük müharibə dövründə də belə olub, indi də belədir. Buna görə İran tərəfindən bu məsələ ilə bağlı təcili açıqlama verilməsini və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyirik. Əks təqdirdə bu müdaxilə İranın dövlət kimi məduliyyətini yaradacaq”.

Nigar Həsənli,
Musavat.com

Chosen
38
42
musavat.com

10Sources