EN

Türkiyə İrana açıq xəbərdarlıq etdi: NATO ilə əməkdaşlıq çərçivəsində cavab veriləcək!

"Türkiyə istənilən düşmənçilik hərəkətlərinə cavab verməyə hazırdır".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası açıqlama yayıb.

"İrandan atılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsindəki hava məkanımıza doğru uçurdu. Mərmi NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildi. Raket parçası Hatay əyalətindəki açıq əraziyə düşüb. Tələfat olmayıb. Ərazimizi və hava məkanımızı qorumaq üçün bütün lazımi addımlar tərəddüd etmədən atılacaq. Hər hansı bir düşmənçilik hərəkətinə beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq bu proses boyunca davam edəcək", - deyə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

Chosen
8
4
aznews.az

5Sources