AZ

Türkiyə PA: İstənilən düşmənçilik hərəkətinə cavab verəcəyik

"İstənilən düşmənçilik hərəkətlərinə cavab verməyə hazırıq və sərhədlərimiz yaxınlığında İran raketinin vurulması ilə əlaqədar olaraq Şimali Atlantika Alyansı (NATO) ilə məsləhətləşmələri davam etdirəcəyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının (PA) Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran deyib.

"İrandan atılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsindəki hava məkanımıza doğru gedirdi. NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildi. Raketin qalıqları Hatay əyalətindəki açıq əraziyə düşüb. Tələfat olmayıb. Ərazimizi və hava məkanımızı qorumaq üçün bütün lazımi addımlar tərəddüd etmədən atılacaq. Hər hansı bir düşmənçilik hərəkətinə beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq bu proses boyunca davam edəcək", - deyə Duran bildirib. 

Seçilən
5
4
bakivaxti.az

5Mənbələr