EN

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

2025-ci ildə 11 558 nikahda olmayan anadan doğulmuş uşaq qeydə alınıb.

 

Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

 

Nazir müavini bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə sayın nisbətən azalmasını təsdiq edir:

 

“Bu say 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 olub. Bu azalma ölkədə aparılan effektiv hüquqi tənzimləmənin, dövlət orqanlarının birgə fəaliyyətinin və məktəblərdə, təhsil müəssisələrində aparılan profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir”./Trend

Tarix: 4 Mart 2026, 16:43   
Chosen
46
15
pravda.az

10Sources