AZ

Ötən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb

BAKI, 4 mart. TELEQRAF

Ötən il Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb.

Teleqraf xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən il qeydə alınan azalma dövlət orqanlarının birgə fəaliyyəti və profilaktik tədbirlərin nəticəsidir:

"Belə ki, 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 uşaq nikahdankənar doğulub".

Seçilən
6
2
teleqraf.com

10Mənbələr