İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında ABŞ-yə məxsus hərbi gəminin hədəf alındığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
SEPAH-ın rəsmi bəyanatında bildirilir ki, ABŞ hərbi dəniz qüvvələrinə məxsus esmines İran sahillərindən təxminən 650 kilometr məsafədə raket zərbəsinə məruz qalıb.
Açıqlamada qeyd olunur ki, əməliyyat SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib. İddialara görə, zərbə zamanı həm esmines, həm də onun yaxınlığında olduğu bildirilən yanacaq təchizatı gəmisi "Qadr-380" və "Talaiyeh" tipli raketlərlə hədəf alınıb.
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi mövqe açıqlamayıb. Zərbənin nəticələri, mümkün ziyan və ya itkilər barədə dəqiq məlumat verilməyib. Hədəf alınan esminesin adı da açıqlanmayıb.