AZ

İranın hücumundan sonra Səudiyyə neft zavodundan ŞOK GÖRÜNTÜLƏR

Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra iri neft emalı zavodunda ziyan qeydə alınıb.

Musavat.com xəbər verir ki, BBC “Verify”in təhlil etdiyi yeni peyk görüntüləri ölkənin şərqində, Ras Tanura şəhərində yerləşən böyük neft emalı zavodunda dağıntıları üzə çıxarıb.

Bu gün “Vantor” şirkəti tərəfindən çəkilən görüntülərdə zavodun mərkəzi hissəsində yerləşən soyutma qüllələrinin ətrafında yanğın və tüstü izləri görünür.

Həmin ərazidən müxtəlif neft anbarlarını zavodun mərkəzi yanalma körpüsü ilə birləşdirən boru sistemi keçir. Bildirilir ki, bu körpü eyni vaxtda dörd tankerin yüklənməsinə imkan verir. Zavodun gündəlik istehsal gücü 550 min barel təşkil edir.

“Saudi Aramco” çərşənbə axşamı açıqlamasında bildirib ki, PUA zərbəsi səbəbindən müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisənin təfərrüatları və mümkün iqtisadi təsirləri ilə bağlı əlavə məlumat verilməyib.

Musavat.com

Seçilən
9
15
musavat.com

10Mənbələr