EN

Doqquz boksçumuz və bir hakimimiz “Adriatik incisi”nə qatılacaq

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan boksçuları martın 4-də Monteneqronun Budva şəhərində start götürəcək gənclər arasında "Adriatik incisi" beynəlxalq turnirinə qatılacaqlar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Səkkiz gün davam edəcək yarışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadənin rəhbərliyi altında Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, "Adriatik incisi"ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
6
sport24.az

9Sources