AZ

Boksçularımız “Adriatik incisi”nə mübarizə aparacaqlar

Azərbaycan boksçuları martın 4-də Monteneqronun Budva şəhərində start götürəcək gənclər arasında “Adriatik incisi” beynəlxalq turnirinə qatılacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, səkkiz gün davam edəcək yarışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadənin rəhbərliyi altında Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.

İdman.Biz
Seçilən
17
5
idman.biz

9Mənbələr