EN

​Nazir müavini bu hərəkətinə görə tənqid olundu

ABŞ və İsrailin İrana hücumunu "Əl-Cəzirə"yə şərh edən Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya sərt tənqid olunub. Metbuat.az xəbər verir ki, nazir müavininin hədəfə çevrilməsinə səbəb canlı yayına qeyri-rəsmi geyimdə çıxması olub. Sosial şəbəkə istifadəçiləri Türkiyə kimi böyük bir dövləti təmsil edən diplomatın milyonlarla insanın qarşısına bazar geyimində çıxmasının doğru olmadığını bildiriblər. Onların fikrincə, xarici işlər nazirinin müavini milyonlarla tamaşaçının qarşısına kostyumda çıxmalı idi.

AKP-dən olan keçmiş deputat Suat Kınıklıoğlu da bu fikirləri bölüşüb. İqtidaryönlü siyasətçi Musa Kulaklıkayanı həm də ingilis dilində pis danışdığı üçün tənqid edib. "Bu ingiliscə ilə dərdini heç kimə anlada bilməzsən. Türkiyənin xarici işlər nazirinin müavini ingilis dilində bu qədər pis danışmamalıdır", - Suat Kınıklıoğlu belə deyib.

Chosen
16
22
metbuat.az

10Sources