Bakı. Trend:
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini vəxarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baştutub.
Trend-inməlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)məlumat yayıb.
Nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunanhərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikirmübadiləsi aparıblar. Bütün tərəflərin təmkin nümayiş etdirməsinin,gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcudmübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsininzəruri olduğu vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərininönəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasınınprioritet məsələ olduğunu vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərdə müzakirə olunub.