AZ

Bu göstərir ki, İranda hakim elitanın bir hissəsi düşmən lə əməkdaşlıq edib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Hərbi əməliyyatın ilk iki günündə siyasi elitasının öldürülməsi ABŞ və İsrail üçün İranda heç bir sirrin olmadığını göstərir. İran elitasının bu kateqoriyasına qarşı belə yüksək dərəcədə seçmə hücumlar bunu nümayiş etdirir”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranla bağlı hərbi-siyasi böhranı şərh edərkən deyib

Onun sözlərinə görə, bununla da İranda rejim dəyişikliyindən sonrakı mümkün ssenari ilə bağlı ilk məqamları qeyd etmək olar.

“İran əleyhinə koalisiyanın “ultimatum”unun dörd bəndi təhlil üçün əsas hesab edilməlidir.

İran ərazisinə davam edən hava və raket zərbələri zamanı nüvə və raket proqramları üçün istehsal müəssisələri tamamilə məhv ediləcək. Bu, İran rəhbərliyinin nüvə silahına sahib olmaq planlarının sonu demək olacaq. Bu, de-fakto ultimatumun iki bəndinin faktiki olaraq yerinə yetirilməsidir“-deyə T.Zülfüqarov vurğulayıb.

Sabiq nazir qeyd edib ki, üçüncü bənd olaraq  İran xaricindəki “müqavimət cəbhəsinə dəstək” müharibənin əvvəlki mərhələlərində demək olar ki, tamamilə məhv edilib: “Hazırda dördüncü bənd olan  “rejim dəyişikliyi” qalır. Onun tətbiqi artıq başlanıbş Bu prosesə açıq şəkildə müqavimət göstərənlərin demək olar ki, hamısı hərbi əməliyyatların ilk iki günündə öldürülüb. İran elitasının bu kateqoriyasına qarşı belə yüksək dərəcədə seçmə, deyərdim ki, fərdiləşdirilmiş hücumlar onu göstərir ki, ABŞ və İsrail üçün İranda heç bir sirri olmayıb. Bu, sadəcə kəşfiyyat məlumatları deyil, həm də İranın hakim elitasının bir hissəsinin “düşmən”lə əməkdaşlıq etdiyinə dair sübutdur”.

T.Zülfüqarov deyib ki, bu gün “İran yenidənqurma”sı başlayıb. Bu proses “atəşkəs”in bağlanmasından dərhal sonra sürətləndirilmiş tempdə davam edəcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
22
azpost.info

10Mənbələr