EN

Xameneini o ƏVƏZ EDƏCƏK – RƏSMƏN AÇIQLANDI

Əlirza Ərafi İranın ali liderinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub. Məlumata görə, müəyyən müddət ərzində ölkənin ali rəhbərinin vəzifələrini məhz o yerinə yetirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi ISNA məlumat yayıb. Bildirilir ki, Əlirza Ərafi keçid dövründə ali lider postunun funksiyalarını icra edəcək.

Qeyd edək ki, Ərafi tanınmış iranlı şiə ayətullahıdır və 67 yaşı var. O, xaricdə şiəliyin yayılmasına nəzarət edir. Daha əvvəl İranın dini seminariyalarına rəhbərlik edib və Əli Xameneinin potensial varislərindən biri hesab olunurdu.

 

Chosen
11
7
nocomment.az

10Sources