AZ

Öldürülmüş Xameneini Ərafi əvəz edəcək

AzVision.az xəbər verir ki, İran medaisı ölkə hakimiyyətinə istinadən belə məlumat yayıb. Ərafi yeni ali lider seçilənə qədər İran İslam Respublikasına müvəqqəti olaraq rəhbərlik edəcək.

67 yaşlı Əlirza Ərafi şiəliyin xaricdə yayılmasına nəzarət edir. Əvvəllər İranın dini təlimlərinə rəhbərlik etmiş Ərafi Ayətullah Xameneinin potensial varislərindən biri hesab olunurdu.

Xatrladaq ki, martın 1-nə keçən gecə İran ölkənin Ali Rəhbər Əli Xameneinin vəfatını rəsmi olaraq təsdiqləyib. İranda 40 günlük matəm elan edilib. Bəzi Tehran sakinləri bu xəbəri sevinclə qarşılayıblar.

Eyni zamanda, İran hərbi elitasının müharibənin ilk günü ərzində ABŞ və İsrail qüvvələrinin dəqiq nöqtəvi zərbələri nəticəsində öldürülən əsas fiqurlarının da siyahısı açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
3
azvision.az

10Mənbələr