EN

Tramp Xameneinin ölüm xəbərini "etibarlı məlumat" adlandırdı

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin ölümü ilə bağlı xəbərləri "etibarlı" hesab etdiyini bildirib.


Manset.az xəbər verir ki, ABŞ lideri bu barədə ABŞ-nin NBC News telekanalına telefonla verdiyi müsahibədə danışıb.

Müvafiq suala cavab olaraq Tramp: "Mən bir çox insanla danışmışam və biz bunun etibarlı məlumat olduğuna əminik", - deyə bildirib.

Onun sözlərinə görə, İranda qərar qəbul edən insanların əksəriyyəti artıq sağ deyil.


Chosen
39
11
manset.az

10Sources