AZ

“İndi İranla razılığa gəlmək daha asan olacaq”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika ordusunun İslam Respublikasına zərbələr endirməsindən sonra İranla razılığa gəlmək "bir gün əvvəlkindən daha asan olub".

Publika.az xəbər verir ki, onun sözlərini "CBS" kanalı sitat gətirib.

"İndi bu, bir gün əvvəlkindən qat-qat asandır. Bu, aşkar görünür", - deyə o bildirib.

Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı "Epik Qəzəb" adlı hərbi əməliyyata başlayıb.

Martın 1-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp "tarixin ən şər adamlarından biri" olan Əli Xameneinin öldüyünü bəyan edib. Həmin vaxt "Tasnim" agentliyi ali rəhbərin döyüş əməliyyatlarına əməliyyat qərargahından rəhbərlik etməyə davam etdiyini iddia edirdi.

Seçilən
41
11
publika.az

10Mənbələr