EN

Yük avtomobilindən akkumulyator oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

DİN mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.

Araşdırma aparılır.

Chosen
2
1
xalqqazeti.az

10Sources