AZ

Sabunçuda akkumulyator oğrusu saxlanıldı

Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.
 
Araşdırma aparılır.

Seçilən
1
6
bakivaxti.az

10Mənbələr