EN

“İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmaların komanda üçün böyük təcrübə olduğunu bildirib:

“Hər oyun bizim üçün böyük təcrübə oldu. Böyük klublara, fərqli oyun sistemində oynayan komandalara qarşı çıxış etdik. İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi”.

Baş məşqçi uzun və maraqlı mövsüm keçirdiklərini vurğulayaraq futbolçularına təşəkkür edib:

“Komandama təşəkkür edirəm, çox uzun və maraqlı mövsüm keçirdilər. Hər birindən oyuna, göstərdikləri performansa görə çox razıyam. Bu gün də son oyunumuzda maksimum yaxşı tərəfdən özlərini göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra komandanı psixoloji hazırlamaq çətin idi, sona kimi oyundan qorxmadılar”.

Q.Qurbanov “Nyukasl” azarkeşlərinin davranışını da xüsusi qeyd edib:

“Nyukasl" azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizi də alqışlayırdılar, vurduğumuz qola əl çalırdılar. Hətta Bakıya gələn azarkeşlər də çox razı qalmışdılar. Ümumiyyətlə, Bakından pozitiv notlarla qayıtmışdılar”.

Mütəxəssis İngilis futbolunun fərqli xüsusiyyətlərinə də toxunub:

“İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu”.

O, gələcək planlardan da danışıb:

“Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yükləndilər. Qarşıdakı aylarda və illərdə daha nələr edə biləcəyimizi düzgün düşünməliyik. İstərdim ki, gələcəkdə daha yaxşı oyunlar keçirək və mümkün qədər özümüzü daha yaxşı tərəfdən göstərək”.

Chosen
4
7
90deqiqe.az

10Sources