AZ

Qurban Qurbanov: Hər oyun bizim üçün böyük təcrübə oldu

Hər oyun bizim üçün böyük təcrübə oldu. Böyük klublara, fərqli oyun sistemində oynayan komandalara qarşı çıxış etdik. İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi komandasına təşəkkürünü bildirib: "Komandama təşəkkür edirəm, çox uzun və maraqlı mövsüm keçirdilər. Hər birindən oyuna, göstərdikləri performansa görə çox razıyam. Bu gün də son oyunumuzda maksimum yaxşı tərəfdən özlərini göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra komandanı psixoloji hazırlamaq çətin idi, sona kimi oyundan qorxmadılar".

Qurban Qurbanov "Nyukasl" azarkeşlərinə də təşəkkür edib: "Nyukasl" azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizi də alqışlayırdılar, vurduğumuz qola əl çalırdılar. Hətta Bakıya gələn azarkeşlər də çox razı qalmışdılar. Ümumiyyətlə, Bakından pozitiv notlarla qayıtmışdılar".

Mütəxəssis bildirib ki, pley-off mərhələsindəki oyunlar komanda üçün böyük təcrübə olub: "İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu".

Baş məşqçi gələcək barədə də fikirlərini bölüşüb: "Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yükləndilər. Qarşıdakı aylarda və illərdə daha nələr edə biləcəyimizi düzgün düşünməliyik. İstərdim ki, gələcəkdə daha yaxşı oyunlar keçirək və mümkün qədər özümüzü daha yaxşı tərəfdən göstərək".

Seçilən
3
7
far.az

10Mənbələr