Misli Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub. Görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.
Apasport.az xəbər verir ki, bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.
İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.
İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.
Qeyd edək ki, 2022/23 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/94 mövsümündə belə qol qeydə alınmayıb.
I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb
Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun vacibdir”
Kurban Berdıyev: “Azərbaycan futbolu güclənib”
“Turan Tovuz”dan inamlı qələbə - YENİLƏNİB
"Xankəndi" liderliyə yüksəldi