EN

Türkiyədə F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub

Türkiyənin Balıkesir əyalətinin qubernatoru İsmayıl Ustaoğlu 9-cu Hava Bazasına təyin olunmuş F-16 qırıcı təyyarəsinin qəzaya uğradığını açıqlayıb. Pilot həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.

Qubernatorun sözlərinə görə, qəza Moskva vaxtı ilə saat 00:50 radələrində planlaşdırılmış missiyanı yerinə yetirərkən baş verib. O, sosial media platforması X-də qurbanın ailəsinə başsağlığı verib.

Yeni Akit xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını çıxarıblar. Nazirlik bildirib ki, qəzanın səbəbini hava qəzası ilə bağlı araşdırma komissiyası müəyyən edəcək.

Əziz MUSTAFA

Chosen
38
13
oxumeni.az

10Sources