Kiyevdə güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşri məlumat yayıb.
"Kiyevin sol sahilində güclü partlayış olduğu bildirilir. Paytaxtda hava həyəcanı elan edilməyib", — deyə nəşr qeyd edib.
Bir qədər sonra nəşr yerli sosial şəbəkə qruplarına istinadən dəqiqləşdirib ki, partlayışa səbəb transformatorun yanması olub. İlkin məlumata görə, Dnepr rayonunda yarımstansiya alışıb.