AZ

Pakistanda güclü partlayış: yaşayış binası çökdü, ölənlər var

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 19 fevral, AZƏRTAC

Pakistanın cənubunda yerləşən Karaçi şəhərində üçmərtəbəli yaşayış binasında baş verən güclü partlayış 6 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olub.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış binanın birinci mərtəbəsində baş verib və tikilinin böyük bir hissəsi çöküb. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub, dağıntılar altından bir neçə nəfər çıxarılıb.

Polisin ilkin araşdırmasına əsasən, partlayışa qaz sızması səbəb olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
azertag.az

3Mənbələr