“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçına itkilərlə çıxacaq.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Bruno Gimarayş, Tino Livramento və Emil Kraft zədəli olduğu üçün bu gecə keçiriləcək oyunda iştirak etməyəcək. Malik Tiav isə cəza səbəbindən heyətdən kənarda qalıb.
Qeyd edək ki, “Sent Ceyms Park” stadionunda keçiriləcək “Nyukasl” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyununda ingilislər 6:1 hesablı qələbə qazanıb.