AZ

“Nyukasl” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ"la cavab matçına itkilərlə çıxacaq.

Turkustan.az xəbər verir ki, Bruno Gimarayş, Tino Livramento və Emil Kraft zədəli olduğu üçün bu gecə keçiriləcək oyunda iştirak etməyəcək. Malik Tiav isə cəza səbəbindən heyətdən kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə də"Nyukasl"la oyunu buraxacaq. O, zədə səbəbindən mövsümü erkən başa vurub.

Bu gecə keçiriləcək "Nyukasl"- "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyununda ingilislər 6:1 hesablı qələbə qazanıb. /Yeni Sabah/

Seçilən
0
3
turkustan.az

5Mənbələr