Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” səfərdə İngiltərə təmsilçisi “Nyukasl”ın qonağı olacaq.
“Atletiko” Madriddə “Brügge”ni qəbul edəcək. Bu komandalar arasındakı ilk görüş heç-heçə başa çatıb.
Digər oyunlarda “Bayer” “Olimpiakos”la, “İnter” isə “Bodo Qlimt”lə üz-üzə gələcək.
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin qalan cavab görüşləri sabah baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
24 fevral
21:45. Atletiko (İspaniya) – Brügge (Belçika)
İlk oyun – 3:3
00:00. Bayer (Almaniya) – Olimpiakos (Yunanıstan)
İlk oyun – 2:0
00:00. İnter (İtaliya) – Bodo Qlimt (Norveç)
İlk oyun -1:3
00:00. Nyukasl (İngiltərə) – Qarabağ (Azərbaycan)
İlk oyun – 6:1
