EN

Xəstə və həkimlər qəzaya düşdü: Hamısı öldü

Hindistanın Jharkhand ştatında təcili tibbi yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki,  "Directorate General of Civil Aviation" (DGCA) tərəfindən verilən açıqlamada "Redbird Airways" şirkətinə məxsus Beechcraft C90 tipli təyyarənin Jharkhand ştatının paytaxtı Rançidən havaya qalxdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, uçuşdan təxminən 20 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və daha sonra onun Çatra bölgəsində qəzaya uğradığı müəyyən edilib.

Çatra bölgə komissarı Keertişree G bildirib ki, qəzaya uğrayan təcili tibbi təyyarədə olan 7 nəfərin hamısı həlak olub.

Səlahiyyətli şəxslər təyyarədə 2 pilot, bədəninin 63 faizi yanmış 41 yaşlı xəstə, xəstəni müşayiət edən iki nəfər, bir həkim və bir tibb işçisinin olduğunu açıqlayıblar.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Chosen
11
17
cebheinfo.az

10Sources