AZ

İranda hərbi helikopter qəzaya uğradı – Ölənlər var


İsfahan əyalətinin Xomeyni şəhərinin Darçeh rayonunda İran Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim“ agentliyi məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 9:09-da Meyvə-Tərəvəz Kompleksi ərazisində baş verib.
Agentliyin bildridiyinə görə qəzaya səbəb texniki nasazlıq olub.
Qəza nəticəsində pilot və köməkçi pilot həlak olublar.
İsfahan əyalətinin Böhran İdarəsinin baş direktoru Mənsur Şişefüroş xilasetmə, yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinin hadisə yerinə göndərildiyini bildirib.

Seçilən
0
17
yeniavaz.com

10Mənbələr