EN

Saat 10:00-da işıq kəsiləcək

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Publika.az-a Azərişıq ASC-dən bildirilib.

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Chosen
5
49
publika.az

10Sources