Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Fevralın 24-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhiş bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.