EN

Montiel: “Nyukasl”la matçda yaxşı nəticə əldə edə bilərik” – ARENA.AZ

“Qarabağ”ın futbolçusu Xoni Montiel UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə üz-üzə gələcəklər.

Xoni Montiel bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“İlk oyundakı birinci hissədə çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. İkinci hissə birinci hissə ilə müqayisədə daha yaxşı idi. İkinci yarıda mübarizə apardığımzı kimi, kaş birinci hissədə oynayardıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq bu oyunu unutmalı və cavab görüşü haqda düşünməliyik. Bakıdakı ikinci hissədəki kimi oynasaq, cavab matçında yaxşı nəticə əldə edə bilərik

ÇL-in səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın böyük klubu olaraq, “Qarabağ”dan gözləntilər yüksəkdir. Bunun qarşılığını verməyə çalışacağıq.

Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olduğuma görə xoşbəxtəm. Komanda yoldaşlarım və mən ən yaxşısını etməyə çalışırıq. Burada dəyərlər də odur. Bizə bildirilir ki, komanda üçün əlinizdən gələni etməlisiniz. Tələblər də odur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
10
arena.az

10Sources