EN

Premyer Liqa: Son 9 mövsümün antirekordu təkrarlandı – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 21-ci turunun 5 oyununda cəmi 5 qol vurulub.

Arena.az xəbər verir ki, “Turan Tovuz” “Zirə”ni evdə, “Araz-Naxçıvan” “Karvan”ı səfərdə 2, “Sabah” öz meydanında “Kəpəz”i 1 qolla məğlub edib. “Neftçi” – “Qarabağ” qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, mövsümün yeni antirekordudur.

Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün 12-ci turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017-ci illər mövsümünə təsadüf edib. 2-ci turun 4 oyununda qapılara 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
2
11
arena.az

10Sources