EN

"Neftçi" həmin tribunaya Anatoli Banişevskinin adını verdi

"Neftçi" Futbol Klubu əfsanəvi oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

Sportal.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı açıqlama yayıb. 

Bu gündən etibarən "Neftçi"nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

Klubun paylaşımı bu cür olub: "Artıq 15 ilə yaxındır evimiz olan “Palms Sports Arena”nın tarixində yeni səhifə açılır. Bu gündən etibarən stadionumuzun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.Bununla “Neftçi” Peşəkar Futbol Klubu əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır. “Palms Sports Arena“dakı “Anatoli Banişevski” tribunası isə bundan sonrakı bütün ev oyunlarımızda ölkənin ən böyük və sadiq azarkeş ordusunun yolunu gözləyir".

saytlarin hazirlanmasi

Chosen
18
4
sportal.az

7Sources