AZ

“Neftçi” o tribunaya Anatoli Banişevskinin adını verdi

“Neftçi” Futbol Klubu əfsanəvi oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

“Bununla “Neftçi” PFK əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır” – deyə məlumatda bildirilib.

Əlavə edək ki, bu gün Anatoli Banişevskinin anadan olmasından 80 il ötür.

 

 

 

Seçilən
0
4
idmanxeber.az

7Mənbələr